“Orta ixtisas təhsili müəssisələri optimallaşdırılması ilə birləşdirilən kolleclərdə müəllimlərin ixtisarı gözlənilmir”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
O qeyd edib ki, tələbələrin sayı azalmadığından müəllimlərin dərs yükü mövcud vəziyyətdə qalacaq.“Nazirlər Kabinetinin müvafiq qərarı eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb.
Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib”.
Aytən ZƏHRA