Modern.az

Kremlin hərbi blokunda Baş katib dəyişir

Kremlin hərbi blokunda Baş katib dəyişir

12 Fevral 2016, 13:16


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja öz postunu 2017-ci ildə tərk etmək fikrində olduğunu deyib. Modern.az xəbər verir ki, o bu barədə rusiyalı jurnalistlərə açıqlamasında bildirib.

“Bəli. 2017-ci il də KTMT-da bir çox yüksək vəzifəli şəxslərin, o cümlədən mənim tutduğum vəzifənin rotasiyası gerçəkləşdiriləcək”.

Bordyuja çox güman ki, KTMT-nın Baş katibliyinə üzv ölkələrdən birinin namizədinin təsdiqlənəcəyini deyib.

Nikolay Bordyuja 2003-cü ildən təşkilatın Baş katibi kimi fəaliyyət göstərir.

Vüqar İsmayılov    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu