Modern.az

Komitə sədri: “5 mindən çox bələdiyyə kimə lazımdır?”

Komitə sədri: “5 mindən çox  bələdiyyə kimə lazımdır?”

12 Fevral 2016, 13:49

 

Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrlə bağlı çıxış edib.  

Modern.az xəbər verir ki, deputat bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişiklik edilməsini təklif edib.  

“Bələdiyyələrlə bağlı gözəl qanunlar qəbul edilib. Burada bələdiyyələrin inkişafına nail olunmasının çıxış yolları axtarıldı. Biz növbəti bələdiyyə seçkilərinə qədər addımlar atmalıyıq”.  

Deputat xatırladıb ki, bələdiyyənin bir neçəsinin birləşdirilməsi həyata keçirildi.

“Bu digərlərinə də aid edilməlidir. Yasamal rayonundan 3 deputat seçilir, 19 bələdiyyə sədri, bu qədər bələdiyyə nəyə lazımdır. Hamısı tələb edir ki, torpaq, əmək haqqı ver. Bələdiyyələrin maksimum 9, minimum isə 1-ə çatdırmalıyıq. Bəzi kəndlərdə adam axtarılır ki, bələdiyyə üzvü olsun, amma tapıla bilmir". 

Burada ciddi dəyişiklik edilməlidir ki, bələdiyyələr normal işləsin. 200 nəfər sakini olan kəndə 5 nəfər bələdiyyə üzvü seçirik. Bunun nə əhəmiyyəti var?

Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməliyik, bələdiyyələrin ayını azaltmalıyıq. 5 mindən çox bələdiyyə kimə lazımdır?

Aytən Zəhra

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama