Modern.az

NATO Rusiyanı Suriyadakı sülhə əsas maneə sayır

NATO Rusiyanı Suriyadakı sülhə əsas maneə sayır

12 Fevral 2016, 17:54


NATO baş katibi Yens Stoltenberq Suriya üzrə sülh danışıqları prosesinə ən ciddi maneənin Rusiya tərəfindən törədildiyini deyib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq rusların İŞİD-dən çox mötədil Suriya müxalifətini bombalamaqda ittihma edib.

“Rusiya əsasən İŞİD-i deyil, Suriya müxalifətini bombalayır. Rus aviasiyasının zərbələri ayrı-ayrı müxalif qruplaşmaların üzərində cəmləşir. Bu isə sülhün əldə olunması üçün görülən səyləri mümkünsüz edir”.  

Stoltenberq bütün tərəflər üçün əsaslı atəşkəsin olmasını vacib şərt bilib. Onun fikrincə, atəşkəs şəraitində qaçqınlara yardım etmək və keçid hökuməti barədə razılığa gəlmək daha asan olacaq.  

Xatırladaq ki, Suriyaya Dəstək Qrupu bu gün ölkədə 1 həfə ərzində atəşkəs rejiminin təmin olunması barədə razılıq əldə edib. Lakin qrupun işinə qatılan Rusiya Hələbdə terrorçuları bombalamaqda davam edəcəklərini deyib.  

Vüqar İsmayılov        

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu