Modern.az

Con Kerri: “Biz axmaq deyilik ki, oturub tamaşa edək”

Con Kerri: “Biz axmaq deyilik ki, oturub tamaşa edək”

Təhsil

13 Fevral 2016, 10:40


ABŞ dövlət katibi Con Kerri İranın və Rusiyanın Bəşər Əsəd hakimiyyətinin addımlarına görə məsuliyyət daşıdığını deyir.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri martın 1-dən qüvvəyə minəcək atəşkəs rejiminin rəsmi Dəməşq tərəfindən pozulacağı halda Suriyaya beynəlxalq koalisiyanın müdaxilə edəcəyini deyib.

“Əgər Bəşər Əsəd üzərinə götürdüyü öhdəlikləri terinə yetirməsə, iranlılar və ruslar isə onu buna vadar edə bilməsələr, onda çətin ki, beynəlxalq birlik axmaq kimi oturub baş verənlərə tamaşa etsin... Orada əlavə quru qüvvlərin peyda olması ehtimalı yaranacaq”.

Rusiya Suriyada əldə olunacaq atəşkəsin hökumət qoşunlarının hücum əməliyyatlarına və terror qruplaşmaları kimi tanınan İŞİD və Ən-Nüsrə Cəbhəsinə şamil olunmadığını bildirib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza