Modern.az

Ordumuzun kiçik çavuşu şəhid oldu

Ordumuzun kiçik çavuşu şəhid oldu

Ölkə

13 Fevral 2016, 13:11


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Elmir Zeynalov bu gün doğulduğu Goranboy rayonu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib. 

Şəhid hərbçi ailənin yeganə oğul övladı idi. Onun əmisi isə 1992-ci ildə şəhid olub.




Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi