Modern.az

Türk ordusu Şırnakda 654 PKK terrorçusu məhv edib

Türk ordusu Şırnakda 654 PKK terrorçusu məhv edib

13 Fevral 2016, 16:50


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Şırnakın Cizrə rayonunun bütövlküdə nəzarət altına alındığı barədə məlumat yayıb.

Modern.az saytı Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Cizrədəki əməliyyatlar zamanı PKK terror təşkilatının 5 üzvü yaxalanıb, 7 ayrı binalarda zərərsizləşdirilən 30 terrorçunun cəsədi ələ keçirilib. Şırnakın Cizrə rayonun tamamilə nəzarət altına alındığı qeyd edilərək, əməliyyatda ümumilikdə zərərsizləşdirilən terrorçu sayının 654 olduğu bildirilib.

Əməliyyat zamanı terrorçulara məxsus xeyli sayda silah-sursat (27 ədəd “Kalaşnikov” avtomatı, 149 ədəd avtomat darağı, 1171 ədəd patronu, bir Smit Wesson tüfəngi, 3 ədəd tapança, 7 ədəd fişəng, 7 ov tüfəngi, 13 əl bombası, altı simsiz, bir əl istehsalı partlayıcı qurğu, 33 ədəd zirehli jilet və s.) ələ keçirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu