Almaniyanın xarici işlər naziri Frank-Vlater Ştaynmayer İŞİD qruplaşmasının məğlub edilməsinin belə, Suriyaya sülh gətirməyəcəyini düşünür.
Modern.az Qərb agentliklərinə istinadən xəbər verir ki, Münhen konfarınsda danışan alman diplomat bunun üçün siyasi sülhün vacibliyini qeyd edib.
“İŞİD məğlub olsa da, Suriyaya sülh gəlməyəcək. Biz siyasi həllə çalışmalıyıq”.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə çıxşışnda Qərbin Bəşər Əsədi əcinnəyə çevirdiyini deyib.
“Əsədə əcinnəyə çevirmək lazım deyil. Suriyada fəlaiyyət göstərən terrorçulardan başqa heç kəsi... Humanitar məsələləri isə danışıqlar yolu ilə həll etmək olar”.
Bununla yanaşı, ABŞ Dövlət katibi Con Kerri Əsədin hakimiyyətdə qaldığı müddətdə Suriyada sülhə nail olmağın mümkünsüzlüyünü bəyan edib.
Vüqar İsmayılov