Bu gün Münhen Təhlükəsizlik Konfransı yekunlaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, konfransda yekun nitqi Volfqanq İşinger söyləyib: “Biz ümid edirik ki, konfransda səslənən fikirlər dünyada vəziyyətin normallaşmasına öz töhfəsini verəcək”.
Qeyd edək ki, Münhen konfransı 1963-cü ildən NATO ölkələri müdafiə şurasının iclası kimi keçirilməyə başlayıb. Hazırda bu konfrans dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskusiya forumuna çevrilib.
Modern.az