15 fevral 2016-cı ildə Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 32,1 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.
Gülşən RAUFQIZI