"Türkiyə NATO çərçivəsində bizim tərəfdaşımızdır". Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Rusiya-Türkiyə münasibətlərini şərh edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O, həmçinin Rusiyanın da dünyada cərəyan edən proseslərdə vacib rol oynadığını qeyd edib: "Bu cür məsələlərin həlli üçün Helsinki razılaşması çərçivəsində və BMT-nin qaydalarına uyğun olaraq fəaliyyətlər göstərilməlidir. Düşünürəm ki, gərginliyin azalması üçün müəyyən işlər görülür".
Modern.az