Modern.az

İran Rusiyadan 8 milyard dollarlıq silah almaq istəyir

İran Rusiyadan 8 milyard dollarlıq silah almaq istəyir

16 Fevral 2016, 09:57

Moskvada səfərdə olan İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu və baş nazirin müavini Dmitri Roqozinlə hərbi əməkdaşlığı müzakirə edəcək.

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadla xəbər verir ki, iranlı nazirin prezident Vladimir Putinlə də görüşü nəzərdə tutulur.  

Mənbələrin məlumatına görə, Tehran Moskvadan 8 milyard dollar dəyərində hərbi texnika, silah almaq istəyir. 

Versiyalarda belə bir fikir də səslənir ki, İran Su-30 tipli qırıcılar, Yak-130 tədris döyüş təyyarələri, Mi-8 və Mi 17 təyyarələri, “Bastion” raket komplekslərini, həmçinin freqatlar və sualtı gəmilər almağı planlaşdırır.  

Aqşin KƏRİMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu