Modern.az

Bu gecə Türkiyə - Rusiya qarşılaşması: "Fənərbaxça" - "Lokomotiv"

Bu gecə Türkiyə - Rusiya qarşılaşması: "Fənərbaxça"  - "Lokomotiv"

16 Fevral 2016, 18:22


Bu axşam UEFA Avropa Liqasında fasilə başa çatır. Modern.az xəbər verir ki, AvroLiqada 1/16 finalın oyunlarına start veriləcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda Moskva "Lokomotiv"ini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, 1/16 finalın qalan oyunları fevralın 18-də keçiriləcək.

İdman siyasətdən ayrı olsa da, son günlər Türkiyə-Rusiya münasibətlərinin gərginliyinin stadiona da sirayət edə biləcəyi mümkündür.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu