Modern.az

Yasamalda iki bina təcili sökülür

Yasamalda iki bina təcili sökülür

16 Fevral 2016, 20:31

 

Bu gün Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə rayon İcra Hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbərdarlığı edilib. Modern.az saytı "Femida.az"a istinadən  xəbər verir ki, xəbərdarlıqda binaların son dərəcə qəzalı olduğu bildirilir. Bu səbəbdən sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb.  

Ödəniləcək kompensasiyaya görə isə, 42 saylı MİS-ə müraciət etmək tövsiyə olunub.

Sakinlərin verdiyi məlumata görə, xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, konpensasiyanın necə ödənilməsi ilə bağlı heç bir bilgi verilməyib.

Məlumatda o da qeyd olunub ki, söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan tikinti şirkəti “Kristal” MMC-dir.   Bina sakinlərinin verdiyi məlumata görə, gözlənilmədən belə bir qərarın verilməsi və bir həftəyə mənzillərin boşaldılması olduqca çətin prosesdir. Üstəlik kompensasiyanın verilməsində də qeyri-müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti tələsik mənzillərindən çıxmaq niyyətində deyil.  

Amma bina sakinlərinə qəti olaraq bildirilib ki, sakinlər binaları tərk etməsə, işıq, su və qaz xətləri kəsiləcək. Bu səbəbdən də hazırda bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaranıb.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu