46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib. Seçki qərərgahının mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu gün Şirvan şəhərinin müxtəlif ərazilərində görüşlər keçirən Rafael Cərbayılovun ilk görüşü saat 11:00 –da H. Əliyev pr., 1b, 44, 46 və Xaqani küçəsi 5 saylı binanın sakinləri ilə baş tutub.
Namizəd digər görüşləri isə saat 12:00-da və 14:00 -da müvafiq olaraq Şirvan şəhəri, Xaqani küçəsinin 1,2,11, 88 və Leytenant İbrahimov küçəsi 14,16,18 və 20 saylı binanın sakinləri ilə keçirtdi.
Rafael Cəbrayılovu hər 3 görüşdə şəhər sakinləri böyük hörmət və mehribanlıqla qarşıladılar. Seçicilər qarşısında çıxış edən namizəd sakinlərlə görüşündən məmnunluğunu bildirərək, hər kəsi seçkilərdə aktiv olmağa və layiqli namizədə səs verməyə dəvət etdi.
Bina sakinləri çıxış edərək Rafael Cəbrayılovun 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirdilər. Şirvanlı bir ziyalının Şirvan şəhərindən deputatlığa namizəd olmas ilə fəxr etdiklərini və birmənalı olaraq Rafael Cəbrayılova səs verəcəklərini bildirdilər.
Modern.az