Modern.az

Saakaşvili maaşının artırılmasına etiraz edib

Saakaşvili maaşının artırılmasına etiraz edib

17 Fevral 2016, 00:16

 

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib. Modern.az saytı xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti öz  feysbuk səhifəsində yazıb.

“Bu gün əmək haqqımın artırılması barədə məlumat aldım. Bu məni çox təəccübləndirdi. Hesab edirəm ki, Ukraynada məmurlar gördükləri işə görə layiqli əmək haqqı almalıdırlar, lakin nə mən, nə də ki mənim komandam burada pul üçün işləmirik. Bizmi burada olmağımızın əsas səbəbi bu ölkənin gələcəyini daha parlaq etməkdir. Bu qərar mənim xəbərim olmadan qəbul olunub, mən heç vaxt adi işçilərin özlərinə bir qarın çörək almağa imkanları olmadığı ölkədə, öz əmək haqqımı qaldırmağa icazə verməzdim. Mən bu qərarı ləğv edirəm və günahkarlar mütləq cəzalandırılacaqlar”-, deyə Mixail Saakaşvili qeyd edib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu