Modern.az

Çempionlar Liqasında 1/8 final - PSJ və "Benfika" qalib gəldi

Çempionlar Liqasında 1/8 final - PSJ və "Benfika" qalib gəldi

17 Fevral 2016, 09:08


Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Modern.az-ın məlumatına görə, ilk oyun axşamında iki qarşılaşma baş tutub. Fransada PSJ İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. 

Digər oyunda isə "Benfika" öz meydanında "Zenit"i məğlub edib - 1:0.

1/8 final mərhələsinin digər iki oyunu bu gecə keçiriləcək.

 PSJ (Fransa) – "Çelsi" (İngiltərə) - 2:1
Qol:
İbrahimoviç, 39 (1:0), Obi Migel, 45+1 (1:1), Kavani, 78 (2:1)

"Benfika" (Portuqaliya) – "Zenit" (Rusiya) - 1:0

Qol:
Jonas, 90+1-pen.

17 fevral

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)
23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu