Prezident İlham Əliyev 2016-cı il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli rayon İcra Hakimiyyətində operativ tədbirlər görülwb, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə gorüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verib.
Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Füzulidə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı komissiya yaradılıb və müvafiq işlərə başlanıb.
“Hazırda rayon ərazisindəki 39 yaşayış məntəqəsinin əhalisi 5 yerdə - İkinci Zobucuq qəsəbəsində, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirilirır. Səyyar həkim briqadaları müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Xəstəlik aşkar edilən vətəndaşlar stasionar və ambulator şəraitdə müalicə olunurlar”,-deyə məlumatda bildirilib.
Sağlamlıq aksiyası mayın 2-dək davam edəcək.
Modern.az