Modern.az

Tbilisi aerportunda OLAY: Çindən gələn reys Bakıda eniş etdi

Tbilisi aerportunda OLAY: Çindən gələn reys Bakıda eniş etdi

17 Fevral 2016, 10:36



Tbilisi aeroportu güclü dumanla səbəbindən 10-a qədər beynəlxalq reysi qəbul edə bilməyib.

 Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun olduğu təyyarə də Tbilisiyə enə bilməyib. Çindən gələn reys isə Gürcüstan paytaxtına deyil, Bakıya eniş etməli olub.  

“Bəzi reyslər ləğv olunub, bəzi hallarda isə qonşu Azərbaycan və Ermənistan aviaşirkətlərinin yardımından istifadə olunub. Dubaydan gələn təyyarə Yerevanda, Çindən gələn reys isə Bakıda eniş etməli olub”- deyə aerportun yaydığı rəsmi məlumatda deyilir.  

Hazırda Tbilisi səmasında dumanın tədricən dağıldığı müşahidə olunur.  

Vüqar İsmayılov   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu