Modern.az

Bakıda keçiriləcək Şahmat Olimpiadasının vaxtı dəyişdirilib

Bakıda keçiriləcək Şahmat Olimpiadasının vaxtı dəyişdirilib

17 Fevral 2016, 11:20


Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib. 

Apasport.az-ın məlumatına görə, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulan tarixdən tez başlayacaq.
 
Belə ki, Olimpiadanın paytaxtımızda bu il sentyabrın 14-30-da keçirilməsi planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq.
 
Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu