Modern.az

Vahid Əhmədov seçiciləri ilə görüşüb - FOTO

Vahid Əhmədov seçiciləri ilə görüşüb - FOTO

17 Fevral 2016, 10:57


Millət  vəkili Vahid Əhmədov Quba rayonunun seçiciləri ilə növbəti görüş keçirib. Qəbul öncəsi millət vəkili görüşə toplaşmış Quba sakinlərini keçən müddət ərzində gördüyü işlər barəsində məlumatlandıraraq onlara Milli Məclisdəki deputat fəaliyyəti barəsində məlumat verib. Ölkədə baş verən proseslərə diqqət çəkərək əhalini maraqlandıran çoxsaylı suallara da cavab verib. Qəbul üçün qeydiyyatdan keçmiş seçicilərin xahişlərini nəzərə alaraq onları təkbətək qəbul edib. Ümumilikdə Quba və qonşu Xaçmaz və Qusardan gəlmiş 103 nəfər sakin deputat tərəfindən dinlənilib, qaldırdıqları problemlər barəsində müvafiq qərarlar qəbul edilib. Ən çox qabardılan suallar kreditlər üzrə ödənişlərin edilməsində yaranmış qeyri müəyyənliklər, iş yerlərinin olmaması, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün suvarma suyunun çatmaması, Qubada əvvəllər fəaliyyət göstərib  müəssisələrin işləməməsi, mənzil fondunun köhnə olması səbəbindən təmirlə bağlı yaranan çətinliklər, imkansızlıq və digər məsələlər olub.

Qeyd etmək lazımdır ki, 1 noyabr 2015-ci il Parlament seçkilərindən sonra qəbula gələn əhalinin sayında  2-3 dəfə artım baş verib. Bütün deyilmiş məsələlər köməkçi tərəfindən qeydiyyata alınıb, deputatın qərarına  əsasən icra istiqamətləri müəyyənləşdilib. Qəbuldan sonra V.Əhmədov Quba rayon İcra Hakimiyyətinin başçısı  Y.Məmmədovla görüşərək əhalini  narahat edən problemlərin həlli üçün birgə səylərin göstərilməsi barədə yekdil fikrə gəliblər. Əsas istiqamət kimi Qubada fəaliyyəti dondurulmuş müəssisələrin işləməsinə nail olmaq və yeni iş yerləri açmaqla işsizliyin doğurduğu problemlərin həlli məqsədi götürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu