Dövlət Gömrük Komitəsi 2016-cı ilin yanvar ayı üçün xarici ticarət statistikasını açıqlayıb.
Modern.az saytının məlumatına görə, iqtisadçı Rövşən Ağayev rəqəmləri ötən ilin müvafiq dövrü ilə müqayisə edərkən vəziyyətin göründüyündən də ağır olduğu qənaətinə gəlib. Ekspert qeyd edib ki, 2016-cı ildə yanvar ayı üzrə ixracın həcmi 657.1 milyon dollar olub: “2015-ci ilin yanvarında isə 1.278 milyard dollar olmuşdu.
Qeyri-neft ixracı 2016-cı ildə cəmi 61.4 milyon dollar olub ki, ötən ilin analoji dövründə rəqəmlər126 milyon dollar qeydə alınıb”. R.Ağayev özəl sektorun ixrac statistikası barədə bildirib ki, bu, 2016-cı ilin yanvar ayında 42.3 milyon dollar, ötən ilin yanvarında 86.7 milyon dollar olub”.
Gülşən RAUFQIZI