Modern.az

Hava şəraiti pisləşəcək: Yağış, külək, sulu qar.. - XƏBƏRDARLIQ

Hava şəraiti pisləşəcək: Yağış, külək, sulu qar..  - XƏBƏRDARLIQ

17 Fevral 2016, 13:16


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında  fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü  şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı,  bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək,  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu