Modern.az

Küveyt Azərbaycanın bu xəstəxanasına 245 min manatlıq pulsuz avadanlıq verdi

Küveyt Azərbaycanın bu xəstəxanasına 245 min manatlıq pulsuz avadanlıq verdi

17 Fevral 2016, 13:35

Bu gün Mərkəzi Dənizçilər Xəstəxanasına Küveyt dövləti adından dəyəri 245 min manat olan müasir tibbi avadanlıq hədiyyə olunub.

Modern.az xəbər verir ki, bu barədə Küveytin Azərbaycandakı səfiri Səud Əbduləziz Əl Rumi Mərkəzi Dənizçilər Xəstəxanasında keçirilən tədbirdə məlumat verib.  

Onun sözlərinə görə, bu tibbi avadanlıqlar  böyrək daşı xəstəliklərinin cərrahi müdaxilə olmadan müalicəsini həyata keçirtmək üçündür.  

Səfir qeyd edib ki, dövləti adından bu tibbi avadanlığın təqdim olunması Asiya Müsəlmanları Komitəsi ilə bağlanmış saziş çərçivəsində həyata keçirilib.  

Sazişə əsasən xəstəxananın tibbi heyəti qeyd olunan müasir tibbi cihazların istifadə edərək qaçqın, məcburi köçkün və digər ehtiyacı olan, imkanı olmayan xəstələr üçün xidmət göstərəcək.

“Biz eyni zamanda Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsini Asiya Müsəlmanları Komitəsi ilə əməkdaşlığa çağıraraq bu növ böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərin Mərkəzi Dənizçilər Xəstəxanasına yönləndirilməsi işində yardım etmələrini xahiş edirik",-deyə səfir bildirib.  

Onun sözlərinə görə Küveyt ötən illər ərzində xeyriyyəçilik fəaliyyətinə külli miqdarda pul xərcləyib:  

"Küveyt Dövləti ötən 2 il ərzində xeyriyyəçilik fəaliyyətinə 600 min ABŞ dollarından çox vəsait ayırıb. Ümumiyyətlə isə Asiya Müsəlmanları Komitəsinin Azərbaycanda fəaliyyətə başlamasından bu günədək xeyriyyəçilik fəaliyyətinə xərclədiyi vəsaitin ümumi həcmi 15 milyon dollar təşkil edir.  

Qeyd olunan xeyriyyəçilik fəaliyyəti Azərbaycanda su quyularının qazılması, dini tolerantlığa və mötədilliyə çağıran kitabların nəşri, aztəminatlı ailələrin Həcc ziyarətinə göndərilməsini əhatə edir".


Ağa Akifoğlu  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu