Modern.az

Ziyafət Əsgərovun Məhkəmə Hüquq Şurasına üzvlüyə namizədliyi irəli sürülüb

Ziyafət Əsgərovun Məhkəmə Hüquq Şurasına üzvlüyə namizədliyi irəli sürülüb

17 Fevral 2016, 13:57


Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb. Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, parlamentin hazırladığı qərar layihəsində bildirilir ki, "Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclisin deputatı, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

Layihə fevralın 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Modern.az   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu