ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan iş adamı Donlad Tramp prezident Obamanın onun barədə dediyi mənfi fikirlərinə cavab verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Obamanın prezidenlik fəlaiyyətini bərbad adlandırıb.“Bu insan elə pis prezidentlik edib və bizi o qədər geri salıb ki, onun barəsində bərbad sözünü işlətmək hələ heç nə demək deyil”.
Tramp deyib ki, 2012-ci il seçkilərində namizdəliyini versəydi, Barak Obama 1 müddətə seçilən prezident kimi tarixdə qalacaqdı.
Barak Obama bundan öncə Trampın prezident seçilməyəcəyinə ümid ifadə etmişdi.
“Amerikalılar etiraf edir ki, prezident olmaq ciddi işdir. Bu tok şou yaxud realiti-şou deyil. Bu marketinq deyil”.
Vüqar İsmayılov