Modern.az

Sabahın hava PROQNOZU - Temperatur düşəcək

Sabahın hava PROQNOZU - Temperatur düşəcək

17 Fevral 2016, 14:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, gün ərzində arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə və gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 18-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu