“İndiyə qədər Xocalıda soyqrımı törədənlərdən 39 nəfərin cinayət məhsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib, axtarışa veriliblər”.
Modern.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.R.Məmmədov bildirib ki, bundan başqa, həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfər şəxsin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin məlum olması məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevral ayının 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluq tərəfindən başladılıb.
Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-cü il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq- əməliyyat qrupu yaradılıb.
Bütün cinayət işləri bir icraatda birləşdirilib.
2005-ci ilin may ayında həmin cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edilib. Sonra həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilib. Hazırda Respublika Hərbi Prokurorluğunda xüsusi istintaq şöbəsi istintaq aparır”.
Ağa AKİFOĞLU