Ölkənin Qərb bölgəsində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə bir sıra açılışlara qatılıb.
Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə ilə də tanış olub.
Ölkə başçısının Gəncədə baş çəkdiyi növbəti obyekt “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkı olub.
Prezidenti İlham Əliyev Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksinə də baxıb.
İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində 35/6 kV-luq “Nizami” yarımstansiyasının açılışında iştirak edib.
Dövlət başçısı Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə də tanış olub. Prezident hələ 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu.
Modern.az