Modern.az

Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

17 Fevral 2016, 17:45


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ administrasiyasını Suriya kürdlərinin siyasi təmsilçisi olan Demokratik Ittifaq Partiyasına (PYD) dəstək verməkdə ittiham edib.  

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Vaşinqtonun Türkiyə ilə bu təşkilat arasında seçim etməli olduğunu vurğulayıb.

“PYD-ni dəstəkləməkdə davam edəcəyini deyən Amerikanı anlamaq çətindir. PKK-nın sənədlərindən aydın olur ki, PYD-ni onlar yaradıb.

Biz ABŞ-la birlikdə NATO-dayıq. Bəs onda biz sizin dostunuzuq, yoxsa PYD? Açıq deyin ki, PYD-ni silahlandırırsınız. Dost özünü dost kimi aparmalıdır”.  

Ərdoğan Suriyanın şimalındakı PYD mövqelərinə zərbə endirməkdə davam edəcəklərini deyib. Rəsmi Ankara təşkilatı PKK-nın Suriya qanadı hesab edir.  

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu