Modern.az

3 ev eyni anda yandı – Binəqədidə

3 ev eyni anda yandı – Binəqədidə

17 Fevral 2016, 18:38


Binəqədi rayonunda 3 evdə yanğın olub.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a məlumat verilib.

Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş, digər vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb və 2-ci mərtəbəsində yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu