SOCAR əməkdaşları itkin düşən neftçinin ailəsini təhqir edib. Modern.az saytı xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat yayıb.
M.Qəhrəmanlı bunula bağlı sosial şəbəkə vasitəsi ilə SOCAR prezidentinə müraciət edib: “Hörmətli Rövnəq müəllim!
Fevral ayının 3-də 10-cu platformadakı qəzada həlak olan 3 övlad atasıTağıyev Fuad Tahir oğlunun xanımı Tağıyeva Humay sizin qəbulunuza düşmək üçün SOCAR-a gələrkən, şirkət işçiləri tərəfindən təhqirə məruz qalmışdır. Tabeliyinizdə olan vəzifəli şəxslərdən soruşunI
Hansı ixtiyarla xanıma deyirlər ki:
-Sən ərə gedəndə bilmirdin kimə ərə getmisən?
-O nə paltardı geyib,artistlik edirsən?
-və niyə xanımı polislə hədələyiblər?”.
Modern.az