Modern.az

170 min dollarlıq məhkəmə işi - Şikayətçi 5 saat Prokurorluqda izahat verdi

170 min dollarlıq məhkəmə işi - Şikayətçi 5 saat Prokurorluqda izahat verdi

17 Fevral 2016, 23:42

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçmiş əməkdaşı ətrafında yaranan məsələyə münasibət bildirərkən Səfər İmanovun fəaliyyətinə 2015-ci il 1 noyabr tarixindən xitam verildiyini açıqlayıb. Bildirilib ki, sabiq Aparat rəhbəri S.İmanov işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Komitə həmçinin, vəkil A.Məmmədovun sədr Hicran Hüseynovanın barəsində yalan məlumat yaydığını iddia edərək Vəkillər Kollegiyası və müvafiq təşkilatların bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklərini bildirib. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var.  

Hüquqşünas Adəm Məmmədovun Komitənin növbəti açıqlamasına cavabı da gecikməyib.

A.Məmmədov Modern.az saytına bildirib ki, heç vaxt qarşı tərəfi təhqir edəcək hər hansı ifadə işlətməyib: “Mən heç bir halda Hicran Hüseynovanı cinayətkar adlandırmamışam. Əgər komitə sədrinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan cinayətkar desəydim, bu, təqsirsizlik prezumpsiyasının pozulması olardı. Mən heç kimə cinayətkar deməmişəm. Sadəcə şikayətçinin ittihamını mətbuata çatdırmışam. Bildirmişəm ki, şikayətçi deyir ki, pulu birbaşa sədrə verib. Bir daha bildirirəm ki, məsələ ilə bağlı komitədə olmamışam. Bu cür yalan açıqlama vermək, əslində onların əleyhinə yönəlir. Mən peşəkar vəkiləm və heç vaxt komiyətə getmərəm.

Hüquq-mühafizə orqanlarından qaçmağımız iddiasına gəlincə, qeyd edim ki, müvəkkilim 17 fevral saat 16:00-dan bundan 30 dəqiqə əvvələdək mənim iştirakımla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində izahat verib”.

A.Məmmədov son olaraq Komitə sədrinə məsləhət verib: “Məsləhətim budur ki, Komitə sədri qanunu düzgün qavrasın, həm də məqalələri diqqətlə oxusun”.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu