ABŞ Konqresinin Hesablama Palatası Hava Hücumundan Müdafiə sisteminin ölkəyə atılan yalnız az sayda ballistik raketləri vura biləcəyini bildirib.
Modern.az Qərb agentliklərinə istinadla xəbər verir ki, tədqiqatlar ölkənin İran yaxud Şimali Koreyanın arsenalındakı ballistik raketlərdən etibarlı müdafiəni təmin etmədiyini göstərib.Sənəddə göstərilir ki, Pentaqon 2017-ci ilin sonuna qədər anti-raket sistemlərinin sayını sürətlə artıracaq.
Amerika Dövlət katbinin hərbi məsələlər üzrə müavini Frenk Rouz isə NATO-nun raket təhlükəsindən qorunmaq üçün Avropada hava hücumundan müdafiə sistemləri yaratmaqda davam edəcəklərini və Rusiyanın buna etirazının başa düşülən olmadığını demişdi.
Vüqar İsmayılov