Modern.az

Prezidentdən xalqa SÜRPRİZ: benzin bahalaşdı, amma...

Prezidentdən xalqa SÜRPRİZ: benzin bahalaşdı, amma...

18 Fevral 2016, 12:14

Venesuela prezidenti Nikolas Maduro son 10 ildə dünyada ən ucuz benzin qiymətlərinin olduğu ölkəsində yanacağın qiymətini 1300% bahalaşdırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 4 saat ərzində xalq qarşısında canlı yayımla çıxış edən prezident ölkə müxaklifətinin ünvanına hədələr yağdırıb və ölkənin iqtisadi durumu ilə bağlı önəmli qərarlarını açıqlayıb.  

Onun sözlərinə görə Venesulanın milli valyutası – bolivar dollara qarşı 6,3 vahiddən 10 vahidə qədər bahalaşıb. Benzin qiymətləri isə 1300% bahalaşıb və 2 sentdən 23 sentə qədər qalxıb.  

Nikolas Maduro ölkənin çətin maliyyə durumunda olduğu və hər il yanacaq qiymətlərinin aşağı səviyyədə qalması üçün xərclədiyi 12 milyard dollar subsidiyanı daha həssas məsələrlə ayırmalı olduqlarını deyib.

Ölkədə ərzaq çatışmazlığını olduğu şəraitdə prezidentin atdığı addım analitiklər tərəfindən müsbət qiymətləndirilib lakin bunun kifayət etməyəcəyi bildirilib.  

Vüqar İsmaylılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu