Modern.az

Rusiya federal xidmət rəhbəri Azərbaycanı ittiham etdi

Rusiya federal xidmət rəhbəri Azərbaycanı ittiham etdi

İqtisadiyyat

18 Fevral 2016, 14:08

Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxodnadzor”) Azərbaycanı Türkiyə mallarını öz ərazisi vasitəsillə Rusiyaya buraxmaqda ittiham edib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, qurum rəhbəri Azərbaycanın qısa müddətdə Rusiyaya tomat ixracını kəskin artırmasının şübhəli göründüyünü deyib.

“Azərbaycan və İranın Türkiyənin bitkiçilik məhsullarının öz ərazisi ilə Rusiyaya buraxılmaması barədə öhdəliklərini yoxlayan zaman müəyyən olunub ki, təkcə yanvar ayında Azərbaycandan Rusiyaya tomat ixracı 5 dəfə artıb”.

Sergey Dankvertin sözlərinə görə, fitosanitar sertifikatlarda Azərbaycan tərəfi məhsulun yerli mənşəyə malik olduğunu təsdiq edib. “Rosselxodnadzor” artıq faktla bağlı Azərbaycan rəsmilərinə məktubla müraciət edib.

Federal xidmət Azərbaycandakı tomat istehsalı müəssisələrini təftiş etmək planlarını açıqlayıb.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama