Modern.az

Yol polisinin maşınını əzən şəxslə bağlı rəsmi məlumat yayıldı

Yol polisinin maşınını əzən şəxslə bağlı rəsmi məlumat yayıldı

18 Fevral 2016, 14:29



Daxili İşlər Nazirliyi Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındırmış Bakı şəhər sakini barədə məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də saat 14 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.
Ş.Bəylərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu