Modern.az

Milli Hidrometeorologiya Departamentinın xəbərini necə mənimsədilər

Milli Hidrometeorologiya Departamentinın xəbərini necə mənimsədilər

17 Fevral 2016, 16:04

Bu gün insanlarımızın əksəriyyəti işini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava məlumatlarına uyğun olaraq planlaşdırır. Yəni kim səfər edəcəksə, havanın pisləşəcəyi xəbərdarlığından sonra bunu bir çox halda təxirə salır. Yaxud əksinə, temeperaturun yüksələcəyi barədə nazirliyin Hidrometeorolji Proqnozlar Bürosunun məlumatına əsasən, planlaşdırdığı səfərini edir. Bu günlərdə diqqətimizi çəkən məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava haqqında məlumatlarının təhrif edilməsi oldu.

Bir çox saytlar, xüsusilə də “contact.az” saytı “sinoptiklər”in (bilinmir hansı sinoptiklərin) məlumatına əsaslanaraq nazirliyin yaydığı rəsmi məlumatları təhrif edir. Məsələn, əgər soyuq hava şəraitində, nazirlik havanın növbəti gün günorta saatlarında mülayimləşəcəyi xəbərini verirsə, bu sayt məlumatı təhrif edərək həmin gün axşama qədər havanın pis keçəcəyi anonsunu verir. Bu halın bir neçə dəfə təkrar olunduğunu müşahidə etmişik.  

Ardından isə qedyd edilir ki, nazirliyin məlumatı özünü doğrultmadı. Hamı yaxşı bilir ki, televiziyalar, qəzetlər hava haqqında məlumata belə başlayırlar “Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə...”.  

Lakin sözügedən saytın heç bir hava haqqında məlumatında bu tipli bir başlığa rast gəlinmir. Hava məlumatları isə əsasən bu formada olur “Sinoptiklərin verdiyi məlumata görə...”. Hansı sinoptiklərin? Özü də məlumat verənin adını gizlətməkləri bir yana, məlumatları da öz bildikləri kimi təhrif edirlər...  

Sataşanda isə belə yazırlar: “Milli Hidrometeorologiya Departamentinin və yaxud ekoloqların verdiyi hava haqqında məlumat özünü doğrultmadı”. Görəsən bunu etməkdə məqsədləri nədir? Hər halda Azərbaycanda heç bir redaksiyada havanın necə olacağını proqnozlaşdıran qurğu yoxdur.  

Demək hava haqqında məlumat verəndə konkret mənbə göstərilməlidir. Dəfələrlə bu, edilmirsə, demək ortada nəsə var. Bir də texnikanın zəif inkişaf etdiyi dövürdə yaşlı adamlar hava proqnozu verərdilər. İnanmırıq ki, “contact.az” da belə yaşlı adamlar çalışsın.

KİV-in başlıca vəzifəsi insanlara düzgün və təhrif olunmamış məlumat verməkdir, özü də mənbəni düzgün göstərməklə.   Digər tərəfdən, hava haqqında məlumat proqnoz xarakteri daşıyır və dünyanın heç bir yerində verilən proqnoz 100 faiz təsdiqini tapmır.  

Bu həm elmi, həm də praktik cəhətdən təsdiq olunmuş normativdir. Azərbaycanda da dəfələrlə həm nəzəri, həm də praktik cəhətdən təsdiqlənib ki, Milli Hidrometeorologiya Departamentinin açıqladığı proqnozlar 95-98 faiz təsdiqini tapır. Demək ki, Milli Hidrometeorologiya Departamentinin gördüyü işlərə kölgə salmaq istəyirlər. Bəlkə də milli sözü xoşlarına gəlmir. Hər halda bu məsələyə aydınlıq gətirilməsi çox vacibdir.  

Şahin ŞAHİNOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu