Suriyanın şimal-şərqində Amerika aviasiyasının hava zərbələri nəticəsində azı 15 dinc suriyalı həlak olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Haqlarının Monitorinq Mərkəzi məlumat verib.Əl-Şaşadi şəhərində qeydə alınan hadisə zamanı daha 20 sakinin də xəsarət aldığı bildirilir.
Bundan 1 həftə əvvəl, monitorinq mərkəzi rus aviasiyasının hospitalı bombalaması zamanı azı 7 nəfərin öldüyünü bildirmişdi.
Vüqar İsmayılov