Modern.az

Rusiya, ABŞ və Çin səfirləri Türkiyə XİN-ə çağırıldı

Rusiya, ABŞ və Çin səfirləri Türkiyə XİN-ə çağırıldı

18 Fevral 2016, 16:58

BMT Təhlükəsizlik Şurasına 5 daimi üzv ölkənin (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Modern.az-ın xəbərinə görə bu barədə “Anadolu” agentliyi məlumat verib.  

Bununla yanaşı, Hollandiya, Almaniya, Avropa İttifaqının Türkiyədəki səfirləri də XİN-ə dəvət edilib.  

Diplomatların Ankaradakı terror hadisəsi barədə məlumatlandırılması üçün nazirliyə çağırıldığı bildirilib.  

Qeyd edək ki, ötən gün Ankarada baş verən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan teraktı PKK-nın Suriya qanadı olan PYD-nin törətdiyini deyib.  

Terrorçu kamikadzenin PYD-nin silahlı qolu YPG-nin üzvü Salih Neccar olduğu müəyyən edilib.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu