Modern.az

Lex Valensanın kommunist rejimi ilə əməkdaşlığı barədə sənədlər üzə çıxıb

Lex Valensanın kommunist rejimi ilə əməkdaşlığı barədə sənədlər üzə çıxıb

18 Fevral 2016, 17:54


Polşa Milli Yaddaş İnstitutu ölkənin sabiq eks-prezidenti Lex Valensanın kommunist rejiminin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə dair sübutlar tapdığını iddia edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, institutun rəhbəri Lukaş Kaminski “Solidarnost” təşkilatının rəhbəri və Polşadakı kommunist rejiminin dinc yolla devrilməsində önəmli rol oynayan Valensanın kommunistlərlə əlaqədə olduğu deyib. O, məxfi sənədlərin Polşa Xalq Respublikasının keçmiş daxili ilşər naziri Çeslav Kişakın dul qalmış arvadı Mariyanın evində tapıldığını deyib.

Orada Polşa xüsusi xidmət orqanlarının “Bolek” şərti adı ilə tanınan əməkdaşı barədə məlumat var. Həmin əməkdaşın imzası isə Lex Valensanın imzasını təkrarlayır.  

Amma keçmiş prezident bu iddaları rədd edib.  

“Mən xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm və bunu sübuta yerinə heç bir sənən yoxdur. Varsa, deməli onu saxtalaşdırıblar. Bunu məhkəmədə sübut edəcəm”.    

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu