Modern.az

Kerri və Çavuşoğlu İŞİD-lə mübarizə məsələsini müzakirə ediblər

Kerri və Çavuşoğlu İŞİD-lə mübarizə məsələsini müzakirə ediblər

19 Fevral 2016, 01:39


ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu  telefon danışığı zamanı Suriyadakı vəziyyəti və  İŞİD-lə mübarizəni müzakirə ediblər. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

“Onlar humanitar yardımın çatdırılması və atəşkəsin tətbiqi daxil olmaqla Suriyadakı son hadisələri və İŞİD-lə mübarizədə göstərilən səyləri müzakirə ediblər”-, deyə məlumatda bildirilir. 

Bundan başqa, Kerri Ankarada fevralın 16-da törədilən terror aktı ilə əlaqədar başsağlığı verib. 

“Dövlət katibi ABŞ-ın NATO-dakı müttəfiqimiz olan Türkiyə ilə tərəfdaşlığa və terrorçuluqla ümumi mübarizəyə dair  öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyib”-, deyə məlumatda qeyd olunub.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu