Modern.az

Rusiya hərbi xərclərini azaltmalı oldu – 3,3 milyard dollar

Rusiya hərbi xərclərini azaltmalı oldu – 3,3 milyard dollar

19 Fevral 2016, 11:02

Rusiya bu ilki hərbi xərclərini 5% yaxud 3,3 milyard dollar azaltmalı olacaq.

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu addım ölkənin iqtisadi durumu ilə bağlı atılıb.   “Rusiya Müdafiə Nazirliyinin xərcləri iqtisadi vəziyyətlə bağlı bu il 5% azaldılacaq”.

2016-cı il büdcəsində milli müdafiə xərcləri 3,14 trilyon rubl (65,1 milyard dollar) nəzərdə tutulmuşdu.

Lakin xərclərin 160 milyard rubl (3,3 milyard dolar) azaldılmasından sonra müdafiə büdcəsi 62 milyard dollar təşkil edəcək.    2015-ci ildə Rusiya müdafiə xərclərini 4% azaltmağa məcbur olmuşdu.    

Vüqar İsmayılov          

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu