Modern.az

Xanlar Vəliyevdən Ayaz Mütəllibova ağır İTTİHAM

Xanlar Vəliyevdən Ayaz Mütəllibova ağır İTTİHAM

19 Fevral 2016, 12:47

“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.  

Onun sözlərinə görə, hadisədən sonra Daxili İşlər Nazirliyi faciədə iki adamın öldüyü haqqında məlumat yayıb: “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkdi”.   

X. Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub: “Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”. 

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu