Modern.az

Putin Suriyaya görə Səudiyyə kralına zəng etdi

Putin Suriyaya görə Səudiyyə kralına zəng etdi

Dünya

19 Fevral 2016, 14:45


Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman Ben Əbdül Əziz Əl Sauda zəng edib.

Modern.az Kremlin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Suriyadakı məsələ müzakirə olunub.

Tərəflər münaqişənin tezliklə başa çatmasında maraqlı olduqlarını deyiblər. Bundan başqa, Putin və Salam Əl Saud Şimali Afrika və Yəməndəki qeyri-sabit situasiyanı gözdən keçiriblər.

Putin kralı uyğun vaxtda Rusiyaya səfər etməyə çağırıb.

Rusiya və Səudiyyə Ərəbistan Suriya ilə bağlı fərqli koalisiyalara mənsub ölkələr sayılır.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu