Modern.az

İŞİD pop musiqisi dinləyən yeniyetməni edam etdi – FOTO

İŞİD pop musiqisi dinləyən yeniyetməni edam etdi – FOTO

19 Fevral 2016, 17:24

İraqda İŞİD qruplaşması daha bir qan dondurucu edam gerçəkləşdirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mosul şəhərində atasına məxsus ərzaq dükanında CD-pleyr vasitəsilə Qərb pop musiqisinə qulaq asarkən yaxalanan 15 yaşlı Əyham Hüseyn şəriət məhkəməsinə verilib.  

Məhkəmənin qərarı ilə başı kəsilən yeniyetmənin cəsədi ailəsinə təhvil verilib.  

Məlumata görə son 18 ayda Mosulda şəriət məhkəməsinin qərarı ilə 837 qadın edam olunub.    

Vüqar İsmayılov        

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu