Modern.az

Türkiyə və ABŞ prezidentləri arasında müzakirə

 Türkiyə və ABŞ prezidentləri arasında müzakirə

19 Fevral 2016, 20:59

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə Birləşmiş Ştatların PKK-nın Suriya qanadına münasibətini müzakirə edəcək. Modern.az saytı "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu jurnalistlərə R.T.Ərdoğan deyib.

Dövlət başçısı bu gün ABŞ Prezidenti ilə telefon danışığı aparacağını bildirib. Bundan əvvəl Türkiyə Prezidenti bəyan etmişdi ki, ABŞ müttəfiqinin kim olduğunu müəyyənləşdirməlidir - Türkiyə, yoxsa Suriyadakı "Demokratik birlik" (PYD) adlı kürd partiyası.  

R.T.Ərdoğan qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Türkiyə PYD və PKK-nın terror təşkilatları olduğunu çox gözəl anlayır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu