Modern.az

Blatterdən qalmaqallı AÇIQLAMA: “Səsvermədə ABŞ qalib gəlməliydi”

Blatterdən qalmaqallı AÇIQLAMA: “Səsvermədə ABŞ qalib gəlməliydi”

Dünya

20 Fevral 2016, 10:28

Futboldan kənarlaşdırılan Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter bildirib ki, 2022-ci ildə dünya çempionatının keçirilməsi üzrə səsvermədə ABŞ qalib gəlməli idi. Modern.az xəbər verir ki, bu barədə Blatter“The Guardian” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, Fransa hökümət qüvvələrinin təzyiqi nəticəsində səsvermə nəticələri başqa oldu.

“Platini mənə zəng etdi və bildirdi ki, “dövlətin rəhbərliyi ilə görüşmüşəm və mənə bildirilib ki, səsvermədə Fransanın maraqlarını təmin edim-mən bunu etməliyəm”. O, ABŞ-a səs verməyəcəyi barədə tamamilə qərarlı idi.  Bilirdim ki, səsvermədə problemlər olacaq, amma çox gec idi. Hər şey seçkilərdən bir həftə və ya 10 gün qabaq oldu. ABŞ 4 səsə görə seçkilərdə məğlub oldu”.

Qeyd edək ki, Blatter razılaşmaya əsasən, 2018-ci il dünya çempionatının Avropada keçirilməsi, 2022-ci ildə isə Şimali Amerikaya qaytarılması barədə danışmışdı.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu