Modern.az

Suriya müxalifəti atəşkəsə razılıq verdi

 Suriya müxalifəti atəşkəsə razılıq verdi

Dünya

20 Fevral 2016, 21:13

 

Suriya müxalifəti iki-üç həftəlik atəşkəs rejiminin tətbiq olunmasına dair razılığa gəlib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, Suriya müxalifəti atəşkəs rejiminin tətbiq edilməsi üçün bir şərt irəli sürüb. Məlumata görə, müxalifət Rusiyanın Suriyanın ərazisinə hava zərbələrinin endirilməsinə son qoyacağı təqdirdə atəşkəs rejiminin tətbiqi ilə razılaşacağını bəyan edib.  

Qeyd edək ki, Suriyaya Beynəlxalq Dəstək Qrupu fevralın 12-də Münhendə keçirilən danışıqlar zamanı yekun bəyanatı razılaşdırıb. Razılaşma Suriyada hərbi əməliyyatların bir həftə ərzində dayandırılmasını nəzərdə tutur.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu