“Biz paytaxtda təhlükəsizliyin təmin olunması konsepsiyasının hazırlanmasına başlayacağıq. Heyət gücləndiriləcək, avadanlıqlar yenilənəcək”. Modern.az saytı xəbər verir ki, bu barədə hökumət müşavirəsindən sonra jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Ə.Davudoğlu bildirib ki, Ankarada törədilən terror aktından sonra yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlayıb: “Paytaxtın mühafizəsinin gücləndirilməsi prioritet vəzifə olacaq. Həmçinin şəhərdən keçən bütün magistral yolların təhlükəsizliyi də gücləndiriləcək. Bəzi əyalətlərdə əlavə təhlükəsizlik tədbirləri görüləcək”.
Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 81 nəfər yaralanıb.
Modern.az